Haqqımda

Salam! Mənim adım Elmir Muxtarovdur. Təhsilimlə bağlı Bakıya gəlməzdən öncə Qax rayonunda anadan olmuş, orta təhsilimi Qax şəhər 2 saylı Orta Məktəbdə bitirmişəm. Hal-hazırda 22 yaşım. Bakalavr təhsilimi Bakı Mühəndislik Universitetinin (əvvəlki adı ilə, Qafqaz universiteti) Dünya İqtisadiyyatı ixtisası üzrə almışam. Bundan başqa, bir il yarım müddətindı İqtisadi və Sosial İnkişaf Mərkəzində (İSİM) tədqiqatçı kimi işləmişəm.

İqtisadiyyata olan marağım əsasən hökümətin iqtisadiyyatdakı rolu ilə bağlıdır. Bir müddətdir ki, yerli və beynəlxalq iqtisadi və sosial məsələlərdə öz fikrimi bölüşmək üçün bu blog-u yaratmağı fikirləşirdim. Yazıları oxuyarkən nəzərə alın ki, mən bu mövzular üzrə ekspert deyiləm və yazılarım sadəcə mənim öz subyektiv fikirlərimi əks etdirir.

Asudə vaxtlarımda Astrofotoqrafiya, Buz Xokkeyi və Retro Rock ilə maraqlanıram.