Qızıl Manata Yardım Edə Bilərmi?

Sonuncu yazımda Azərbaycan Manatının yaxın gələcəkdəki aqibətini araşdırmış, nəticədə 2020-ci il ərzində devalvasiya riskinin olduğu qənaətinə gəlmişdim. Bu yazımda isə hökumətin potensial olaraq bu devalvasiyanı necə təxirə sala biləcəyini, və beləliklə onsuzda epidemiyadan əziyyət çəkən ölkə iqtisadiyyatını başqa bir zərbədən necə qoruya biləcəyi haqqında öz fikirlərimi bölüşəcəm.

Continue reading “Qızıl Manata Yardım Edə Bilərmi?”

Evdə Qalmaq Yoxsa Dollar Almaq: Manat Virusa Qarşı

Azərbaycanda hər il azı 4-5 dəfə aktuallaşan 2 mövzu var. Bunlardan birincisi deputat Siyavuş Novruzovun intellektual çıxışları, ikincisi isə manatın məzənnəsinin dəyişəcəyi xəbərləridir. Koronavirus epidemiyasının yayılması ilə bərabər neft qiymətlərinin də kəskin düşməsi əhali arasında devalvasiya olacağı gözləntilərini yenidən alovlandırıb. Beləliklə bu yazımda hazırkı vəziyyəti dəyərləndirərək manatın yaxın gələcəkdəki aqibəti haqqında öz fikirlərimi paylaşmaq qərarına gəldim.

Continue reading “Evdə Qalmaq Yoxsa Dollar Almaq: Manat Virusa Qarşı”

Azərbaycanda Ümumi Təhsil Siyasəti

Azərbaycanın mövcud sosial, iqtisadi və siyasi problemlərini bir neçə cəhətdən izah eləmək olar. Fikrimcə, biz hər şeydən qabaq bu situasiyanın yaranmasında əsasən qeyri-adekvat təhsil sisteminin rolunu tanımalıyıq. Beləliklə mən növbəti yazımı milli təhsil siyasəti haqqında yazmağı qərara aldım.

Continue reading “Azərbaycanda Ümumi Təhsil Siyasəti”

Azərbaycanın Müqayisəli Üstünlüyü

Modern qlobal iqtisadi nəzəriyyələrdən ən geniş şəkildə yayılanlardan biri də 19-cu əsrin əvvəllərində Britaniyalı iqtisadiyyatçı David Rikardo tərəfindən irəli sürülən Müqayisəli Üstünlük nəzəriyyəsidir. Sadə dildə desək,  həmin teoriyaya əsasən, ölkələr öz sərvətlərini yüksəltmək üçün yerli istehsalın digər ölkələrlə müqayisədə daha ucuz başa gəldiyi məhsullarda ixtisaslaşmalı və daha sonra xarici subyektlərlə ticarət etməlidirlər. Bu prinsipi yadda saxlayaraq soruşa bilərik ki, bəs Azərbaycan məhz hansı məhsullarda Müqayisəli Üstünlüyə malikdir və biz bu üstünlükdən necə istifadə edə bilərik?

Continue reading “Azərbaycanın Müqayisəli Üstünlüyü”

Azərbaycan nə qədər dünyaya inteqrasiya edib?

2008-2009-cu illərdə qlobal iqtisadiyyat dərin böhran yaşadığı müddətdə, Azərbaycanın illik ÜDM artımı hələ də ortalama 10%-ə bərabər olmaqla yaxşı nəticələr göstərirdi. Təbii olaraq, sual yaranır ki, qlobal böhran yaşandığı halda, Azərbaycan iqtisadiyyatı nəyə görə bundan təsirlənmirdi (bir digər sözlə, niyə iqtisadi artımda ciddi durğunluq yaşanmadı)?

Continue reading “Azərbaycan nə qədər dünyaya inteqrasiya edib?”

Proteksionizm yoxsa Azad Ticarət?

Bir müddət qabaq idxal olunan kartoflarla bağlı xəbərə rast gəldim. Nazirlər Kabinetinin qərarı ilə kartoflara şamil edilən rüsumlar mövsumi olaraq iki dəfə artırılaraq 15%-dən 30%-ə qaldırılıb[1]. Bu qərar o qədər də əhəmiyyətli olmaya bilər, çünki Kənd Təsərrüfatı Naziri İnam Kərimovun dediklərinə əsasən Azərbaycanın kartof istehsalı istehlakından iki dəfə artıqdır[2]. Bu statistikanı da nəzərə alaraq, yeni rüsumlar nə məna daşıyır? Və ümumi olaraq, Azərbaycanda proteksionizm (idxalda yüksək rüsum, kvota və s. istifadə etmək) nə səviyyədədir?

Continue reading “Proteksionizm yoxsa Azad Ticarət?”