Azərbaycan Dövlət Neft Fondu

Azərbaycanın Suveren Sərvət Fondu olan Dövlət Neft Fondu (SOFAZ) şübhəsiz olaraq milli iqtisadiyyatda önəmli rol oynayır. Elə bu səbəbdən də mən bu dəfə Fondla bağlı öz fikirlərimi paylaşmaq qərarına gəldim…

Continue reading “Azərbaycan Dövlət Neft Fondu”

Azərbaycanın Müqayisəli Üstünlüyü

Modern qlobal iqtisadi nəzəriyyələrdən ən geniş şəkildə yayılanlardan biri də 19-cu əsrin əvvəllərində Britaniyalı iqtisadiyyatçı David Rikardo tərəfindən irəli sürülən Müqayisəli Üstünlük nəzəriyyəsidir. Sadə dildə desək,  həmin teoriyaya əsasən, ölkələr öz sərvətlərini yüksəltmək üçün yerli istehsalın digər ölkələrlə müqayisədə daha ucuz başa gəldiyi məhsullarda ixtisaslaşmalı və daha sonra xarici subyektlərlə ticarət etməlidirlər. Bu prinsipi yadda saxlayaraq soruşa bilərik ki, bəs Azərbaycan məhz hansı məhsullarda Müqayisəli Üstünlüyə malikdir və biz bu üstünlükdən necə istifadə edə bilərik?

Continue reading “Azərbaycanın Müqayisəli Üstünlüyü”

Azərbaycan nə qədər dünyaya inteqrasiya edib?

2008-2009-cu illərdə qlobal iqtisadiyyat dərin böhran yaşadığı müddətdə, Azərbaycanın illik ÜDM artımı hələ də ortalama 10%-ə bərabər olmaqla yaxşı nəticələr göstərirdi. Təbii olaraq, sual yaranır ki, qlobal böhran yaşandığı halda, Azərbaycan iqtisadiyyatı nəyə görə bundan təsirlənmirdi (bir digər sözlə, niyə iqtisadi artımda ciddi durğunluq yaşanmadı)?

Continue reading “Azərbaycan nə qədər dünyaya inteqrasiya edib?”

Proteksionizm yoxsa Azad Ticarət?

Bir müddət qabaq idxal olunan kartoflarla bağlı xəbərə rast gəldim. Nazirlər Kabinetinin qərarı ilə kartoflara şamil edilən rüsumlar mövsumi olaraq iki dəfə artırılaraq 15%-dən 30%-ə qaldırılıb[1]. Bu qərar o qədər də əhəmiyyətli olmaya bilər, çünki Kənd Təsərrüfatı Naziri İnam Kərimovun dediklərinə əsasən Azərbaycanın kartof istehsalı istehlakından iki dəfə artıqdır[2]. Bu statistikanı da nəzərə alaraq, yeni rüsumlar nə məna daşıyır? Və ümumi olaraq, Azərbaycanda proteksionizm (idxalda yüksək rüsum, kvota və s. istifadə etmək) nə səviyyədədir?

Continue reading “Proteksionizm yoxsa Azad Ticarət?”

Azərbaycanın Beton İqtisadiyyatı

Biz tez-tez hökümət xərclərinin artması ilə yaranan iqtisadi artım haqqında hekayələr eşidirik. Büdcə xərclərinin artırılması ilə aparılan genişləndirici fiskal siyasət əksər hallarda resessiya dövrlərində istehlakı stimullaşdırmaq üçün kifayət edir. Lakin bu halda resurslar səmərəli şəkildə istifadə olunmaya və iqtisadi artım uzun müddətdə dayanıqlı olmaya bilər.

Continue reading “Azərbaycanın Beton İqtisadiyyatı”

Azərbaycanın Xarici Ticarəti: Kölgələnmiş Kəsir

Bir neçə gün əvvəl internetdə Azərbaycanın iyul ayındakı idxalının bu il üçün ən yüksək həddində olduğunu oxudum. Hamımız bilirik ki, Azərbaycan daha çox nəqliyyat vasitələri, telefonlar, dizüstü kompyuterlər kimi əşyalar idxal edir, amma yenə də bir neçə sual ağlımda qaldı. Xüsusi olaraq, əgər neft və qaz ixraclarını hesaba qatmasaq ticarət balansımız necə olar?

Continue reading “Azərbaycanın Xarici Ticarəti: Kölgələnmiş Kəsir”

Pis Qonşuluq: Manat Təzyiqlərə Tab Gətirə bilərmi?

Türkiyədəki siyasi gərginliklər və Rusiyaya qarşı tətbiq edilmiş yeni sanksiyalar Türk lirəsinin (TRY) kəskin şəkildə ucuzlașmasına və Rus rublunun (RUB) müəyyən qədər dəyər itirməsinə səbəb olaraq Azərbaycanda da bir növ devalvasiya abu-havası yaradıb. Bu yazı ilə fərqli amillərə baxaraq öz fikrimcə niyə devalvasiyanin[1] gözlənilən və ya gözlənilməyən olduğunu bildirməyə çalışacam.

Continue reading “Pis Qonşuluq: Manat Təzyiqlərə Tab Gətirə bilərmi?”